Azərbaycan Tokio Olimpiadasının 2021-ci ilə keçirilməsi ilə bağlı təşkil olunacaq tədbirlər planını açıqlayıb

Azərbaycan Tokio Olimpiadasının 2021-ci ilə keçirilməsi ilə bağlı təşkil olunacaq tədbirlər planını açıqlayıb
  • Clock-gray 09:58
  • calendar-gray 25 Mart 2020

Azərbaycan Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin birgə Bəyanat yayıblar. 

Apasport.az saytının məlumatına görə, bəyanatda Tokio Olimpiadasının 2021-ci ilə keçirilməsi ilə bağlı təşkil olunacaq tədbirlər planı açıqlanıb. 

Bildirilir ki, Yaponiyanın Baş naziri Sindzo Abe Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxa koronavirus (Covid - 19)  pandemiyasının yarada biləcəyi təhlükə ilə bağlı Tokio-2020 Yay Olimpiya Oyunlarının 2021-ci ilə keçirilməsi barədə təklif irəli sürüb və qarşı tərəfdən müsbət cavab alıb: “Azərbaycan müstəqilliyi dövründə Olimpiya Oyunlarında daim fəal iştirak edən və nəticə etibarı ilə ön sıralarda yer almış ölkələrdəndir. İdmançılarımızın  oyunlara hazırlığı mühüm əhəmiyyət kəsb edərək, daim  xüsusi proqram əsasında aparılıb. 

Yuxarıda qeyd olunanları nəzərə alaraq, Oyunların 2021-ci ildə (ay dəqiq deyil) keçirilməsi ilə bağlı aşağıdakı tədbirlər həyata keçiriləcək:

- Oyunların başlanmasına qalan 1 il  ərzində hazırlığın öncədən işlənilmiş sistem əsasında aparılması; 

- 2020-ci ildə  hazırlığın  ən yüksək pilləsinə  çatmış  idmançıların  2021-ci ilə kimi  formada qalmaları üçün nəzarət proqramının sistemli şəkildə davam etdirilməsi;

- Federasiyalar tərəfindən ehtiyatda olan idmançıların siyahısının hazırlanması;

- Gənc və perspektivli idmançılarla işin gücləndirilməsi; 

- Karantin müddətinin davam etdiyi zamanda idmançıların səhhəti öncədən yoxlanılıb testdən keçirildiyindən sonra xüsusi şəraitdə, nəzarət altında təlim məşq toplantılarının davam etdirilməsi".

ApaSport

Digər xəbərlər

Arxiv

date