Azərbaycan idmançısı Yeniyetmələrin Qış Olimpiya Oyunlarında debüt edib

Azərbaycan idmançısı Yeniyetmələrin Qış Olimpiya Oyunlarında debüt edib
  • Clock-gray 21:32
  • calendar-gray 11 Yanvar 2020

Azərbaycanın Yeniyetmələrin Qış Olimpiya Oyunlarındakı debütü gerçəkləşib.

Apasport.az saytının məlumatına görə, bu, İsveçrədə təşkil olunan 3-cü analoji yarışa təsadüf edib.

2012-ci ildə İnssbruk (Avstriya), 2016-cı ildə Lillehammerdə (Norveç) təşkil olunan Olimpiadalardan kənar qalan Azərbaycan Lozannadakı yarışa bir idmançı ilə yollanıb. Fiqurlu konkisürənimiz Yekaterina Ryabova bu gün buz üzərinə çıxmaqla debütümüzü rəsmiləşdirib.

2003-2005-ci il təvəllüdlü qadınların yarışında çıxış edən 16 idmançı qısa proqramda qüvvələrini sınayıb. Y.Ryabova tamaşaçılar önünə 13-cü çıxıb.

Onun çıxışı 59,30 xalla qiymətləndirilib. İdmançımız texniki elementlərə görə 31,72, proqramın ifasında görə 27,58 qiymət alıb.

Belə zəif çıxış Y.Ryabovanı ilk “altılıq”dan kənarda qoyub. O, qısa proqramı 9-cu yerdə başa vurub.

1-ci yeri cənubi koreyalı Yun Yu tutub – 73,51. Rusiyalı Kseniya Sinitsina 2-ci olub - 71,77. Onun həmyerlisi Anna Frolova 69,07 xalla ilk “üçlüy”ü qapayıb.

Qadın fiqurlu konkisürənlərin mübarizəsi yanvarın 13-də başa çatacaq. Mükafatçılar sərbəst proqramdan sonra bəlli olacaq.

Qeyd edək ki, Olimpiadanın proqramında komanda yarışları da olacaq. Beynəlxalq heyətə malik olacaq komandaların tərkibi fərdi mübarizə yekunlaşdıqdan sonra müəyyənləşəcək və onlar yanvarın 14-də yalnız sərbəst proqramda mübarizə aparacaq.

ApaSport

Digər xəbərlər

Arxiv

date