Boksçuların Olimpiya Təsnifat Turniri Moskvada keçirilə bilər

Boksçuların Olimpiya Təsnifat Turniri Moskvada keçirilə bilər
  • Clock-gray 11:07
  • calendar-gray 20 Aprel 2020

Tokio-2020 Yay Olimpiya Oyunlarının boks üzrə təsnifat turniri Rusiyada keçirilə bilər.

Apasport.az saytının məlumatına görə, bunu Rusiya Boks Federasiyasının baş katibi, AİBA-nın İcraiyyə Komitəsinin üzvü Umar Kremlyov deyib.

O bildirib ki, təsnifat turnirinin Moskvada təşkil olunması ilə bağlı müvafiq müraciət göndəriləcək: “Təsnifat turnirini Moskvada keçirmək üçün sifariş verəcəyik. Bu yarışın İngiltərədə təşkil olunması boksun səviyyəsinə uyğun deyildi. AİBA-ya müvafiq məktub yollayacaq. Çünki bütün milli assosiasiyalar artıq yeni təsnifat turniri keçirməyi təklif edir”.

Qeyd edək ki, bu ilin martında Böyük Britaniyanın paytaxtı Londonda start götürən Olimpiya Təsnifat Turniri koronavirus pandemiyası üzündən yarımçıq dayandırılıb.

ApaSport

Digər xəbərlər

Arxiv

date