“Böyük yeddiliy”in liderləri Tokio-2020-nin ləğvinin mümkünlüyünü müzakirə edib, qərar Tokioya qalıb

“Böyük yeddiliy”in liderləri Tokio-2020-nin ləğvinin mümkünlüyünü müzakirə edib, qərar Tokioya qalıb
  • Clock-gray 22:00
  • calendar-gray 19 Mart 2020

Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunları “Böyük yeddilik” dövlətləri rəhbərlərinin videokonfransında müzakirə olunub.

Apasport.az saytının məlumatına görə, bunu ABŞ-ın prezidenti Donald Tramp açıqlayıb.

O Ağ Evdəki mətbuat konfransı zamanı bildirib ki, müzakirələr zamanı koronavirus pandemiyasının yayıldığı vaxtda Olimpiadanın keçirilməsinin mümkün olub-olmaması barədə fikir mübadiləsi aparılıb: “Bəli, biz bunu müzakirə etdik. Bu məsələ Yaponiyanın baş naziri Sindzo Abenin qərarından asılıdır. Biz bilmirik, qərar necə olacaq. Amma vəziyyət ciddidir”.

Qeyd edək ki, Olimpiya Oyunları iyulun 24-dən avqustun 9-dək keçirilməlidir.

ApaSport

Digər xəbərlər

Arxiv

date