Tokio-2020-nin təsnifat turnirlərinin müddəti uzadılıb

Tokio-2020-nin təsnifat turnirlərinin müddəti uzadılıb
  • Clock-gray 16:40
  • calendar-gray 19 Mart 2020

Tokio-2020 Yay Olimpiya Oyunlarının təsnifat turnirlərinin müddəti uzadılıb.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı Beynəlxalq Olimpiya Komitəsi (BOK) verib.

Olimpiadaya vəsiqə verən yarışlar iyunun sonunadək davam edə bilər. BOK beynəlxalq idman federasiyalarına təsnifat xarakterli yarışların müddətini uzatmağa icazə verib. Buna koronavirus pandemiyası üzündən bir-sıra lisenziya turnirlərinin vaxtında baş tutmaması və ya yarımçıq dayandırılması səbəb olub.

Qeyd edək ki, Tokio-2020 iyulun 24-dən avqustun 9-dək keçiriləcək.

ApaSport

Digər xəbərlər

Arxiv

date