Tokio-2020-nin yeni tarixi bu həftə dəqiqləşə bilər

Tokio-2020-nin yeni tarixi bu həftə dəqiqləşə bilər
  • Clock-gray 13:01
  • calendar-gray 30 Mart 2020

Koronavirus pandemiyası üzündən təxirə salınan Tokio-2020 Yay Olimpiya Oyunlarının keçiriləcəyi tarix bu həftə dəqiqləşə bilər.

Apasport.az saytının məlumatına görə, bunu Olimpiadanın Təşkilat Komitəsinin sədri Yosiro Mori açıqlayıb.

O bildirib ki, 2021-ci ilə təxirə salınan yarışın tarixini Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxla bu həftə keçiriləcək telefon danışığı zamanı müzakirə edəcək: “Baxdan yeni tarixlə bağlı təkliflər gözləyirəm. Olimpiadanın keçirilmə vaxtını müəyyənləşdirmək üçün bu variantları birgə müzakirə edəcəyik”.

Qeyd edək ki, bu il iyulun 24-dən avqustun 9-dək keçirilməli olan Tokio-2020 gələn ilə təxirə salınıb. Yarışın 2021-ci il iyulun 23-dən avqustun 8-dək keçirilməsi gözlənilir.

ApaSport

Digər xəbərlər