Tomas Baxın Yaponiyaya səfəri koronavirusa görə ləğv edilib

Tomas Baxın Yaponiyaya səfəri koronavirusa görə ləğv edilib
  • Clock-gray 01:05
  • calendar-gray 12 Aprel 2020

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Yaponiya səfərini ləğv edib.

Apasport.az saytının məlumatına görə, qurum başçısının “Gündoğar ölkə”nin iki şəhərinə planlaşdırılan səfəri baş tutmayacaq. 

Baxın mayda gerçəkləşməli olan səfərinə koronavirus pandemiyası imkan verməyib. BOK prezidentinin Yaponiya paytaxtı Tokioya səfərinin məqsədi ölkənin 2021-ci ilə təxirə salınan Yay Olimpiya Oyunlarına hazırlığı ilə tanışlıq xarakteri daşıyırdı. 
Almaniyalı həmçinin Xirosimada Olimpiya məşəlinin estafetini ziyarət etməli idi. Lakin bu estafet də təxirə salınıb.

BOK səfərin baş tutmamasını Yaponiya hakimiyyətinin ölkəyə girişlə bağlı məhdudiyyətlər tətbiq etməsi ilə izah edib.

ApaSport

Digər xəbərlər

Arxiv

date