Vatikan Olimpiya Oyunlarına qatıla bilər

Vatikan Olimpiya Oyunlarına qatıla bilər
  • Clock-gray 22:31
  • calendar-gray 23 Dekabr 2019

Vatikanda Milli Olimpiya Komitəsi (MOK) yaradılacaq.

Apasport.az saytının məlumatına görə, bunu ölkənin idman naziri Malçor Sançes de Toka açıqlayıb.

O bildirib ki, cırtdan ölkə təmsilçisi bu niyyətini yaxın müddətdə gerçəkləşdirmək fikrindədir. Vatikanlılar 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etməyi planlaşdırırlar. 

Qaydalara əsasən, MOK-un yaradılması üçün ölkənin ən azı 5 idman federasiyası beynəlxalq assosiasiyalar tərəfindən tanınmalıdır. Bu yöndə hərəkətə keçən vatikanlılar atletikadan başlayıblar. Ardınca futbol, taekvondo və kriket üzrə federasiyalar yaradılacaq və beynəlxalq təşkilatlara üzv olacaq. 5-ci idman növünün hansı olacağı ilə bağlı hələ müzakirələr yekunlaşmayıb.

ApaSport

Digər xəbərlər

Arxiv

date