Voleybol üzrə Türkiyə millisi Tokio-2020-yə lisenziya qazanıb

Voleybol üzrə Türkiyə millisi Tokio-2020-yə lisenziya qazanıb
  • Clock-gray 22:38
  • calendar-gray 12 Yanvar 2020

Avropadan Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanan qadın voleybolçulardan ibarət sonuncu komanda müəyyənləşib. 

Apasport.az saytının məlumatına görə, “köhnə qitə”nin Yaponiya paytaxtına yollanacaq növbəti yığması Türkiyə olacaq. 

“Ay-ulduzlular” Niderlandda keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin qalibi adını qazanmaqla bu hüquqa yiyələniblər. Covanni Quidettinin rəhbərlik etdiyi milli yarımfinalda Polşanı (3:2) məğlub etdikdən sonra finalda Almaniyadan da güclü olub – 3:0 (25:17, 25:19, 25:22). 

Bununla da, Tokio-2020-yə yollanacaq yığmaların sayı 11-ə çatıb. Türkiyədən öncə Yaponiya, Serbiya, Çin, ABŞ, Braziliya, Rusiya, İtaliya, Keniya, Argentina və Cənubi Koreya Olimpiadada iştirak hüququ qazanıb. Son ölkə isə Şimali Amerikadan olacaq. 

Qeyd edək ki, Apeldornda keçirilən lisenziya turnirində Azərbaycan millisi də qüvvəsini sınayıb. Lakin Vasif Talıbovun rəhbərlik etdiyi komanda qrupda hər 3 oyunda uduzaraq, sonuncu yeri tutub. Təmsilçimizin yer aldığı qrupdan yarımfinala yüksələn Niderland Almaniyaya, Polşa isə Türkiyəyə uduzub. 

ApaSport

Digər xəbərlər

Arxiv

date