Tokio-2020: Azərbaycan nümayəndə heyətinin rəhbəri müəyyənləşib

Tokio-2020: Azərbaycan nümayəndə heyətinin rəhbəri müəyyənləşib
  • Clock-gray 15:12
  • calendar-gray 07 Yanvar 2020

Tokio-2020 Yay Paralimpiya Oyunlarına yollanacaq Azərbaycan nümayəndə heyətinin rəhbəri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Paralimpiadada yığmamızın şef-de-missionu Rauf Mürsəlov olacaq. 

Hazırda Azərbaycan Paralimpiya Komitəsində İdman şöbəsinin müdiri vəzifəsində çalışan mütəxəssis daha öncə də analoji yarışlarda nümayəndə heyətinin üzvü olub. 

Qeyd edək ki, paralimpiya üzrə milli komandamız hələlik 7 lisenziyaya sahib olub. Tokio-2020 Yay Paralimpiya Oyunları avqustun 25-dən sentyabrın 6-dək keçiriləcək.

ApaSport

Digər xəbərlər

Arxiv

date