XXXII Yay Olimpiya Oyunlarına 10 milyon manat ayrılacaq

XXXII Yay Olimpiya Oyunlarına 10 milyon manat ayrılacaq
  • Clock-gray 18:15
  • calendar-gray 18 Oktyabr 2019

2020-ci ildə Yaponiyanın paytaxtı Tokio şəhərində keçiriləcək XXXII Yay Olimpiya Oyunlarına hazırlıq və iştirakla bağlı növbəti ilin dövlət büdcəsindən 10,0 milyon manat ayrılacaq.

APA-nın məlumatına görə, bu, Maliyyə Nazirliyinin təqdim etdiyi 2020-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb.

Layihəyə əsasən, XVI yay Paraolimpiya Oyunlarında iştirak xərcləri üçün 0,7 milyon manat, fiziki və əqli qüsurlu idmançıların idman yarışlarında iştirakı üçün 0,8 milyon manat vəsait nəzərdə tutulub. 2020-ci ilin dövlət büdcəsinin mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri bölməsindən maliyyələşən təşkilatları büdcədənkənar xərcləri 5,5 milyon manat təşkil edəcək.

Bu da 2019-cu illə müqayisədə 1,7 milyon manat və ya 43,8 faiz çoxdur.

Digər xəbərlər

Arxiv

date