"Caspian European Club" Qazaxıstanda növbəti tədbirini keçirib - FOTO

"Caspian European Club" Qazaxıstanda növbəti tədbirini keçirib - FOTO
  • Clock-gray 15:06
  • calendar-gray 10 Dekabr 2019

“Caspian European Club” və “Caspian Energy”nin eksklüziv tərəfdaşı olan “Caspian Energy Kazakhstan” “CEO Lunch Almaty” tədbirini təşkil edib.

Bu barədə APA-Economicsə “Caspian European Club” və “Caspian Energy” qrupunun sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

“CEO Lunch Almaty”da giriş nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Almatı şəhərindəki konsulu Ramil Rzayev “CEO Lunch”ın regionun şirkətləri üçün  iqtisadi mərkəz olan Almatı şəhərində keçirilməsinin simvolikliyini qeyd edib. “Bugünkü “CEO Lunch Almaty”da Qazaxıstan və Azərbaycanın aparıcı şirkətlərinin iştirak etməsi ikiqat xoşdur. Azərbaycan Ticarət Evi ilə sıx əməkdaşlıq münasibətində olan “Caspian Energy Kazakhstan” iki dost ölkə arasında iqtisadi və işgüzar əlaqələri fəallaşdırır”, - deyə o bildirib.

Sonra T. Əliyev “Caspian Energy Kazakhstan”ın fəaliyyətinin təqdimatını keçirib. “Caspian Energy Kazakhstan” “Caspian European Club”un üzv şirkətlərinin top-menecerləri və nümayəndələri üçün informasiya-konsaltinq xidməti göstərməklə və müxtəlif növ biznes-forum, biznes-tur, dəyirmi masa, treninq, seminar və “CEO Lunch” təşkil etməklə məşğuldur.

Eyni zamanda iştirakçılara “Caspian European Club”un 17 il ərzindəki fəaliyyəti ilə bağlı geniş məlumat təqdim olunub. Çıxışının sonunda Telman Əliyev bütün “CEO Lunch Almaty”ın iştirakçılarını Nur-Sultan, Bakı, Tbilisi və Daşkənddəki tədbirlərdə iştirak etməyə dəvət edib.

Almatı şəhərinin investisiya idarəsinin rəisinin müavini Kanat Sanindikov investisiya imkanları barədə məlumatı və Almatıda sahibkarlığa dövlət dəstəyi istiqamətində həyata keçirilən tədbirləri “CEO Lunch Almaty” iştirakçılarının diqqətinə çatdırıb.

Qazaxıstanda Azərbaycan Ticarət Evinin baş direktoru Hüseyn Cəbrayılov Nur-Sultan şəhərində fəaliyyət göstərən Qazaxıstan Respublikasındakı Azərbaycan Ticarət Evinin fəaliyyəti barədə danışıb. Gələcəkdə Qazaxıstanın digər şəhərlərində də Ticarət Evinin filiallarının yaradılmasının planlaşdırıldığı bildirilib: “Qazaxıstanda Azərbaycan Ticarət Evinin açılışı iqtisadi əlaqələrin genişlənməsinə və investisiya əməkdaşlığına böyük töhfə verəcək”, - deyə H. Cəbrayılov çıxışının sonunda qeyd edib.

Qeyd edək ki, birinci “CEO Lunch” 2019-cu il sentyabrın 27-də Aktauda təşkil olunub.

Mirsəid İbrahimzadə

Digər xəbərlər

Arxiv

date