ASK Azərbaycan sahibkarlarının iqtisadi vəziyyətinin monitorinqini aparır

ASK Azərbaycan sahibkarlarının iqtisadi vəziyyətinin monitorinqini aparır
  • Clock-gray 16:42
  • calendar-gray 19 Mart 2020

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) dünyada yayılan koronavirus xəstəliyinin ölkədə qarşısının almaq üçün Konfederasiyaya üzvü olan bütün sahibkarlıq subyektləri ilə sıx təmas quraraq onların iqtisadi vəziyyətinin monitorinqini aparır.

ASK-dan “APA-Economics”ə verilən məlumata görə, bu məqsədlə sahibkarlara yazılı sorğu ünvanlanaraq onların istifadəsinə bir neçə “qaynar xətt” verilib. Hazırda daxil olan sorğular toplanaraq təhlil olunur.

Məlumatda bildirilir ki, tətbiq edilən məhdudiyyətlər ticarət, xidmət, turizm, nəqliyyat, logistika və bir sıra digər sektorlarda iqtisadi fəaliyyətin zəifləməsinə səbəb olub. Xüsusilə məhdudiyyətlərin mikro, kiçik və orta sahibkarlıq subyektlərinə təsiri daha da hiss ediləndir. Bu qəbildən olan sahibkarların fəaliyyətini davam etdirilməsi, eləcə də iş yerlərinin qorunması üçün onların dəstəyə daha çox ehtiyacı var.

Konfederasiya dövlətin sosial tərəfdaşı olaraq, təmsil etdiyi özəl sektora həmrəylik nümayiş etdirərək, çətinliklərin öhdəsindən gəlmək üçün birgə çıxış yolu tapmaqda aktiv olmağa çağırır.

Sahibkarların müraciətləri üçün əlaqə vasitələri: [email protected];

Sahibkarlarla iş və kommunikasiya şöbəsi: +994 51 229 97 22;

Beynəlxalq əlaqələr və dayanıqlı inkişaf şöbəsi: +994 51 229 97 28;

Hüquq və sosial tərəfdaşlıq şöbəsi: +994 51 229 97 24.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date