AVRO-2020-də Bakıdakı fan-zonalarda fəaliyyət göstərəcək şirkətlər tender əsasında seçiləcək

AVRO-2020-də Bakıdakı fan-zonalarda fəaliyyət göstərəcək şirkətlər tender əsasında seçiləcək
  • Clock-gray 12:05
  • calendar-gray 19 Fevral 2020

Bakıda keçiriləcək AVRO-2020 oyunları zamanı fan-zonalarda içkilərin və qida məhsullarının satışı və xidmətlərin təşkili üçün şirkətlər tender əsasında seçiləcək.

"APA-Economics"in məlumatına görə, bunu "AVRO-2020: KOB-lar üçün perspektivlər" mövzusunda Bakıda keçirilən tədbirdə çıxış edən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

Onun sözlərinə görə, bununla bağlı məlumatlar AFFA-nın rəsmi internet saytında dərc ediləcək: "Təbii ki, fan-zonalar UEFA-nın standartlarına uyğun olmalıdır. Ona görə tenderdə qalib olan şirkətlərə öncədən tariflər təqdim olunacaq. Tariflər açıq və şəffaf şəkildə bizim saytımızda yerləşdiriləcək".

AFFA-nın rəsmisi həmçinin əlavə edib ki, hər sahə üzrə xidmət və satışların təşkili üçün yalnız bir şirkət seçiləcək.

"Biz orada rəqabət yaratmaq istəmirik. İstəyirik, orada olan və xərc çəkən şirkət gəlir əldə edə bilsin. Çünki şirkət müəyyən tarifi ödəyərək risk zonasına addım atır. Biz istəmirik ki, şirkət burada necə rəqabət aparacağını düşünsün. İstəyimiz yalnız şirkətin öz xidmətini və satışını təqdim etməsidir", - deyə E. Məmmədov bildirib.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date