AYİB Azərbaycanın elektronika və məişət texnika satıcısına 11,5 mln. avro kredit ayırıb

AYİB Azərbaycanın elektronika və məişət texnika satıcısına 11,5 mln. avro kredit ayırıb
  • Clock-gray 16:26
  • calendar-gray 23 Yanvar 2020

Azərbaycanda elektronika və məişət texnikasının pərakəndə satıcısı olan “Optimal Elektronika” şirkəti fəaliyyətini Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) ayırdığı 11,5 mln. avro ekvivalentində manat krediti ilə genişləndirəcək.

AYİB-dən "APA-Economics"ə verilən məlumata görə, bank tərəfindən ayrılan vəsait yeni inzibati binanın və anbarın tikintisi, resursların planlaşdırılması üzrə SAP proqram təminatının alınması və qısamüddətli bank kreditlərinin yenidən maliyyələşdirilməsi üçün istifadə olunacaq. AYİB-in ayırdığı kredit həmçinin satışların gözlənilən artımı ilə əlaqədar şirkətin dövriyyə vəsaitinin maliyyələşdirilməsinə sərf ediləcək.

Qeyd edək ki, 1997-ci ildən fəaliyyət göstərən və bazarda aparıcı şirkətlərdən biri olan Optimal Elektronika hazırda ölkə üzrə 79 satış mağazası ilə müştərilərə xidmət göstərir.

Azərbaycanda uğurlu şirkətlərin dəstəklənməsi AYİB-in ölkə iqtisadiyyatının daha rəqabətli olmasını və şaxələndirilməsi səylərinin tərkib hissəsidir.

Bundan əvvəl, Azərbaycanda aparıcı mebel istehsalçısı və pərakəndə satıcısı olan Saloğluya, AYİB tərəfindən şirkətin rəqabətliliyini artıracaq və karbon tullantılarını azalmağa kömək edəcək 7,6 mln. manatadək (4 mln. avro) kredit ayırmışdı.

Qeyd edək ki, AYİB Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi və özəl sektorun inkişaf etdirilməsi səylərinə dəstək göstərən aparıcı institusional investorlardan biridir. İndiyədək AYİB Azərbaycanda 168 layihəyə 3,3 mlrd. avro investisiya qoyuluşu edib. Bank həmçinin yerli kiçik və orta sahibkarlıq müəssisələrinə biznes məsləhət xidməti göstərir və mindən artıq firmanın öz göstəricilərini yaxşılaşdıraraq inkişafına yardım edib.

Mirsəid İbrahimzadə

Digər xəbərlər

Arxiv

date