"Araz" supermarketlərində koronavirusla bağlı dezinfeksiya işləri aparılır

"Araz" supermarketlərində koronavirusla bağlı dezinfeksiya işləri aparılır
  • Clock-gray 13:48
  • calendar-gray 11 Mart 2020

Son günlər sürətlə yayılan və insanları təşvişə salan koronavirus təhlükəsinə görə "Araz" supermarketlər şəbəkəsi tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərə başlayıb.

"Araz"dan "APA-Economics"ə verilən məlumata görə, müştərilərin təhlükəsiz alış-verişini təmin etmək məqsədilə, əllə təmasda olan bütün əşyalar, alış-veriş səbətləri, arabalar, kassa ətrafı, rəflər xüsusi dezinfeksiyaedici vasitələrlə dezinfeksiya edilir.

Yaxın günlərdə isə market girişlərində müştərilər, mağaza əməkdaşları üçün nəzərdə tutulan girişlərdə isə personalın istifadəsi üçün xüsusi dezinfeksiyaedici avadanlıq quraşdırılacaq.

"Araz" supermarketlər şəbəkəsi müştərilərini təhlükəsiz alış-verişlə təmin etməyə çalışır.

APA-Economics

Digər xəbərlər