Avrozonada istehsal fəallığının azalması yavaşlayıb

Avrozonada istehsal fəallığının azalması yavaşlayıb
  • Clock-gray 15:42
  • calendar-gray 01 İyun 2020

Bu ilin may ayında Avrozonanın istehsal sektorunda işgüzar fəallığın azalması aprel ayı ilə müqayisədə yavaşlayıb.

"APA-Economics"in məlumatına görə, bu barədə "IHS Markit" tədqiqat təşkilatı məlumat yayıb.

Məlumata əsasən, may ayında Avrozonanın istehsal sektorundakı Satınalmalar Menecerləri İndeksi (PMI) apreldəki 33,4-dən 39,4 bəndədək yüksəlib. Aprel üzrə indikator göstəricisi 1997-ci ilin ortalarından bəri ən minimal olub.

Qeyd edək ki, 50 bənddən aşağı olan göstərici aktivliyin azalmasını, yuxarı olan isə aktivliyin artmasını göstərir.

Emil İsmayılov

Digər xəbərlər