Azərbaycan Rusiyanın iş adamlarını əməkdaşlıq əlaqələrini genişləndirməyə çağırıb

Azərbaycan Rusiyanın iş adamlarını əməkdaşlıq əlaqələrini genişləndirməyə çağırıb
  • Clock-gray 15:43
  • calendar-gray 22 İyun 2020

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (“Azpromo”), Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyinin, Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinin birgə təşkilatçılığı ilə neft-qaz maşınqayırması sahəsində əməkdaşlığın inkişafı mövzusunda video-konfrans formatında görüş keçirilib.

“Azpromo”dan “APA-Economics”ə verilən məlumata görə, görüşdə “Azpromo”nun departament rəhbəri Zöhrab Qədirov ölkədə yaradılan əlverişli biznes və investisiya mühiti, ixrac imkanları, ixracın genişləndirilməsi istiqamətində Fondun həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Video-konfransda Azərbaycanda iqtisadiyyatın müxtəlif sektorları, o cümlədən neft-qaz maşınqayırma sahəsinin inkişafı istiqamətində mühüm işlər görüldüyünü diqqətə çatdırılıb, Rusiya iş adamlarını Azərbaycanlı həmkarları ilə əməkdaşlıq əlaqələrini genişləndirməyə dəvət edilib.

Video-konfrans çərçivəsində Rusiyanın “Texnoloji Təşəbbüslər İnstitutu”nun standartlaşdırma və sertifikatlaşdırma üzrə sənaye təşkilatının təqdimatı dinlənilib.

Hüseyn Vəliyev

Digər xəbərlər