Azərbaycan məhsulları Şanxayda beynəlxalq idxal sərgisində təqdim olunacaq

Azərbaycan məhsulları Şanxayda beynəlxalq idxal sərgisində təqdim olunacaq
  • Clock-gray 17:40
  • calendar-gray 30 Oktyabr 2020

Noyabrın 5-dən 10-dək Şanxay şəhərində 3-cü Çin Beynəlxalq İdxal Sərgisi keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) “APA-Economics”ə verilən məlumata görə, sərgidə Fondun təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən 20-dən çox şirkətin istehsal etdiyi məhsullar – nar şirəsi, fındıq, şərab və digər spirtli içkilər, meyvə distilyatları, mineral sular, un və qənnadı məmulatları, çay, mürəbbə, kompot, limonad, meyvə quruları və s. nümayiş olunacaq.

Sərgi çərçivəsində Azərbaycan məhsullarının ixracının artırılmasına dair müzakirələr aparılacaq, potensial müştərilərlə görüşlər keçiriləcək.

Hüseyn Vəliyev

Digər xəbərlər