Azərbaycan soyuducu və paltaryuyan maşınların idxalını artırıb, kondisioner idxalını azaldıb

Azərbaycan soyuducu və paltaryuyan maşınların idxalını artırıb, kondisioner idxalını azaldıb
  • Clock-gray 13:30
  • calendar-gray 03 İyun 2020

Bu ilin yanvar-mart aylarında Azərbaycana idxal olunmuş məişət soyuducuları və paltaryuyan maşınların sayı artıb, məişət kondisionerlərinin sayı isə azalıb.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, cari ilin I rübündə ölkəyə dəyəri 3 177,3 min ABŞ dolları dəyərində 9 583 ədəd məişət kondisioneri idxal olunub. Say baxımından idxalın həcmi 56%, dəyər baxımından isə 43,5% azalıb.

Yanvar-martda ölkəyə dəyəri 1 727,1 min dollarlıq 6 493 ədəd məişət soyuducusu idxal olunub ki, bu göstəricilər müvafiq olaraq 34,2% və 50,2% artıb.

Bundan başqa, hesabat dövründə Azərbaycana dəyəri 9 781,3 min dollar təşkil edən 50 935 ədəd paltaryuyan maşını idxal olunub ki, bu da dəyər baxımından 20,5%, say baxımından isə 26,8% çoxdur.

APA-Economics

Digər xəbərlər