Azərbaycan və Türkiyə KOB-ları birgə Asiya bazarlarına çıxa bilər

Azərbaycan və Türkiyə KOB-ları birgə Asiya bazarlarına çıxa bilər
  • Clock-gray 11:50
  • calendar-gray 12 Mart 2020

“Azərbaycan və Türkiyə prezidentləri iki ölkə arasında ticarət dövriyyəsinin həcmini 15 mlrd. ABŞ dollarına çatdırmağı hədəf qoyublar və tərəflər əməkdaşlığı genişləndirərək buna nail olmaq niyyətindədirlər”.

Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından (ASK) “APA-Economics”ə verilən məlumata görə, bunu Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı Təşkilatının (KOSGEB) sədri Cəvahir Uzkurt ASK-nın prezidenti Məmməd Musayevlə görüşü zamanı deyib.

Onun sözlərinə görə, tərəflərin hazırladığı plana uyğun olaraq, hər iki ölkə kiçik və orta biznesləri (KOB) birləşdirərək Asiya bazarlarına çıxmaq niyyətindədir.

“Türkiyədə 3,6 mln. kiçik və orta sahibkar var. Ötən il büdcəmiz 2,3 mlrd. türk lirəsi idi. Biz banklara deyirik ki, faizin bir hissəsini biz qarşılayırıq. Yəni bank kredit ayırır və onun faizinin bir hissəsini ödəməyi KOSGEB öz üzərinə götürür. Kredit Zəmanət Fondu da kredit təminatı verir, onun maliyyələşdirilməsini isə Maliyyə Nazirliyi həyata keçirir”, - deyə C. Uzkurt qeyd edib.

Öz növbəsində, ASK-ın prezidenti M. Musayev qarşıya qoyulan hədəflərin icrasında, birgə əməkdaşlığa hazır olduğunu qeyd edib. O bildirib ki, Azərbaycanda da İpoteka və Kredit Zəmanət Fondu fəaliyyət göstərir və ölkədə kredit qarantiyası daha çox iri sahibkarlara verilir, onların buna ehtiyacı isə çox deyil: “Əsas kiçik və orta biznes subyektlərinin kredit zəmanətinə daha çox ehtiyacı var”.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date