Azərbaycana bu il 600 min dollarlıq günəş eynəkləri idxal edilib

Azərbaycana bu il 600 min dollarlıq günəş eynəkləri idxal edilib
  • Clock-gray 16:21
  • calendar-gray 31 May 2020

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycana 584,6 min ABŞ dolları dəyərində 626 886 ədəd günəş eynəyi idxal edilib.

"APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 9% artıb, həcm ifadəsində isə 21,1% azalıb.

Ölkəyə ən çox günəş eynəyi Çindən idxal olunub. Bu ölkə hesabat dövründə Azərbaycana 470,21 min dollar dəyərində 618 313 günəş eynəyi ixrac edib. İdxalda ikinci yerdə ölkəyə 4,43 min dollar dəyərində 4 999 ədəd günəş eynəyi ixrac edən Türkiyə, üçüncü yerdə isə 0,56 min dollar dəyərində 2 505 ədəd günəş eynəyi ixrac edən ABŞ qərarlaşıb.

Mirsəid İbrahimzadə

Digər xəbərlər