Azərbaycana ötən ay 29 mln. manatlıq əczaçılıq məhsulları idxal edilib

Azərbaycana ötən ay 29 mln. manatlıq əczaçılıq məhsulları idxal edilib
  • Clock-gray 10:22
  • calendar-gray 15 Sentyabr 2020

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycana 243 000,03 min ABŞ dolları dəyərində 14 906,24 ton əczaçılıq məhsulları idxal edilib.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, cari ilin səkkiz ayında Azərbaycanın idxal etdiyi əczaçılıq məhsullarının dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,4%, həcmi isə 67,7% artıb.

Təkcə bu ilin avqust ayı ərzində ölkə 28 932,86 min manat dəyərində 1 566,65 ton sözügedən məhsullardan idxal edib ki, bu da iyul ayı ilə müqayisədə dəyər ifadəsində 13,1%, həcm ifadəsində isə 1,8% azdır.

Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, avqust ayında Azərbaycan əhalisinə 56,3 mln. manat həcmində əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb. Bu da iyul ayı ilə müqayisədə 11,6% azdır.

Hüseyn Vəliyev

Digər xəbərlər