Azərbaycanda 3 821 sahibkarlıq subyektində sanitar-epidemioloji tələblər pozulub

Azərbaycanda 3 821 sahibkarlıq subyektində sanitar-epidemioloji tələblər pozulub
  • Clock-gray 14:26
  • calendar-gray 01 İyul 2020

Mayın 22-dən iyunun 30-dək 8 705 sahibkarlıq subyektində monitorinq keçirilib və 3 821 obyektdə zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, iyunun 29-da keçirilən monitorinqlər zamanı Binəqədi rayonunda “Talış market”də, Abdulla Abdullayev məxsus “Mağaza”da, Ruslan Məhərrəmova məxsus “Yağ dəyişmə” xidmət obyektində, Yasamal rayonunda Gülsüm Səfərəliyevaya məxsus “Dönər” ictimai iaşə obyektində, Elşən Əliyevə məxsus “Gül dükanı”nda, Xətai rayonunda Rauf Orucova məxsus “Mağaza”da, Səbail rayonunda Kamil Heydərova, Teymur Şıxəliyevə, Qoşqar Həsənova məxsus xidmət obyektlərində, Nizami rayonunda "Oba Market"də, Vüqar Axundova məxsus “Dönər” ictimai iaşə obyektində, Gəncə şəhərində Namiq Hacıyevə məxsus “Şirniyyat evi”ndə, “Zeytun MMC”yə məxsus aptekdə, Şamaxı rayonunda Siruz Məmmədova məxsus “ES Mobile” mağazasında, Əhəd Şahverdiyevə məxsus “Bərbərxana”da, Füzuli rayonunda “Füzuli tikinti materialları” mağazasında, Şaiq Hacıyevə məxsus “Kafe”də, Aydın Balaşova məxsus “Market”də, Yevlax rayonunda “Vasif Market”də, “Araz Market”də, “Sevda Market”də, Xaçmaz rayonunda "Qızıltac" qızıl satışı mağazasında, "Parfumpark mağazası"nda, Telman Məmmədova məxsus "Telefon satışı mağazası”nda, ümumilikdə monitorinq aparılmış 221 obyektin 106-da zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.

Monitorinqlərdə sahibkarlarla maarifləndirici söhbətlər aparılıb, xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə tam əməl olunması, qabaqlayıcı profilaktik tədbirlərin görülməsi zərurəti bir daha diqqətə çatdırılıb.

Hüseyn Vəliyev

Digər xəbərlər