Azərbaycanda xarici müəssisələrin sayı son bir ildə 34% artıb

Azərbaycanda xarici müəssisələrin sayı son bir ildə 34% artıb
  • Clock-gray 10:40
  • calendar-gray 23 Yanvar 2020

Bu ilin yanvarın 1-nə Azərbaycanda xarici müəssisələrin sayı 11 145 vahid, birgə müəssisələrin sayı 2 870 vahid təşkil edib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, müvafiq olaraq xarici müəssisələrin sayında illik 34%, birgə müəssisələrin sayında isə illik 17% artım qeydə alınıb.

Rəsmi statistikaya əsasən, 2019-cu il ərzində 2 882 xarici müəssisə (100% xarici investisiyalı), 359 birgə müəssisə yaradılıb, 73 xarici müəssisə, 6 birgə müəssisə isə ləğv edilib.

Reyestrdə qeydiyyatdan keçmiş statistik vahidlərdən tam xarici investisiyalı və birgə müəssisələr əsasən Türkiyə (23,7%), İran (10,5%), Rusiya (5,3%), Böyük Britaniya (5%), ABŞ (2%) və Almaniya (1,2%) ölkələrinin sahibkarları tərəfindən yaradılıb.

Qeyd edək ki, 2019-cu il ərzində statistik vahidlərin (fərdi sahibkarlar istisna olmaqla) sayı 12,2% artaraq, 2020-ci il yanvarın 1-i vəziyyətinə 146 233 olub. Bunun da 10 607 və ya 7,2%-ni dövlət, 1 724 və ya 1,2%-ni bələdiyyə və 133 902 və ya 91,6%-ni xüsusi müəssisələr təşkil edib.

Nərmin Rəhimova

Digər xəbərlər

Arxiv

date