Azərbaycanın qeyri-ərzaq məhsullarının texniki reqlamentləri hazırlanır

Azərbaycanın qeyri-ərzaq məhsullarının texniki reqlamentləri hazırlanır
  • Clock-gray 15:55
  • calendar-gray 06 Mart 2020

Azərbaycanda yerli qeyri-ərzaq məhsullarının texniki reqlamentləri hazırlanır.

Bunu "APA-Economics"ə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə deyib.

Onun sözlərinə görə, bu reqlamentlər Türkiyə təcrübəsi ilə birləşəcək ki, bu da dolayı yolla Avropa təcrübəsinin tətbiqi deməkdir: "Azərbaycanın qeyri-ərzaq məhsulları Avropa bazarlarına ixrac edilərkən onların texniki reqlamentləri bu bazarlara daha rahat və keyfiyyətli şəkildə daxil olmağa imkan yaradacaq. O cümlədən könüllü standartlar da, Türkiyə təcrübəsi və dolayı yolla Avropa təcrübəsi ilə uyğunlaşdırılması yerli məhsulların Avropa bazarlarına çıxarılmasına müsbət təsir göstərəcək".

Hüseyn Vəliyev

Digər xəbərlər