"Azərsun Holdinq" kollektivi sosial qayğıya ehtiyacı olan insanları ziyarət edib - FOTO

"Azərsun Holdinq" kollektivi sosial qayğıya ehtiyacı olan insanları ziyarət edib - FOTO
  • Clock-gray 16:13
  • calendar-gray 04 Mart 2020

Azərbaycanın qeyri-neft sektorunun aparıcı şirkətlərindən olan "Azərsun Holdinq" qarşıdan gələn Novruz bayramı ilə əlaqədar müxtəlif sosial layihələr reallaşdırır.

Holdinqdən "APA-Economimcs"ə verilən məlumata əsasən  layihələr çərçivəsində Şirkətlər Qrupunun kollektivi Buzovna qəsəbəsindəki 1 saylı psixonevroloji sosial xidmət müəssisəsinin sakinlərini ziyarət edib. “Azərsun Holdinq” nümayəndələri burada müalicə alan insanlar üçün ziyafət təşkil edib.

Mütəmadi olaraq bu cür layihələr həyata keçirən Şirkətlər Qrupunun belə tədbirləri təşkil etməyinin əsas məqsədi qayğıya ehtiyacı olan insanları sevindirmək, onların bayramı ən yüksək ab-havada qeyd etmələrinə şərait yaratmaq, sosial məsuliyyət prinsiplərini insanlara bir daha xatırlatmaqdır.

Qeyd edək ki, 1974-cü ildə yaradılan 1 saylı psixonevroloji sosial xidmət müəssisəsi Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunaraq bu ilin fevral ayında istifadəyə verilib. Yenidənqurma işlərindən sonra burada yaşayanların sağlamlığı və rahatlığı üçün müasir standartlara uyğun şərait yaradılıb.

Hüseyn Vəliyev

Digər xəbərlər