"Azərsun Holdinq"in kulinar komandası Almaniyada uğur qazanıb - FOTO

"Azərsun Holdinq"in  kulinar komandası Almaniyada uğur qazanıb - FOTO
  • Clock-gray 14:38
  • calendar-gray 06 Mart 2020

Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvlərindən ibarət olan “Azərsun Holdinq” şirkətinin komandası Almaniyanın Ştutqart şəhərində İKA – Dünya Kulinariya Olimpiadasında 4-cü yerə layiq görülüb.

Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, dünyanın ən mötəbər kulinariya müsabiqələrindən olan bu tədbirdə Azərbaycan 8 nəfərlik nümayəndə heyəti ilə qatılıb.

Daha sonra Rusiya Federasiyasının  Çeçenistan Respublikasının Qroznı şəhərində təşkil edilmiş kulinariya festivalına qatılan ölkənin aşpazları ən yaxşı nəticə göstərərək ilk yeri tutublar. Bundan əlavə yerli kulinarlar üçün Tahir Əmiraslanov tərəfindən mühazirə verilib.

Yarışlarda iştirak etmiş kulinarlar yeməklərin “Super Sun” yağı ilə bişirilməsi, “Sultan Basmati” düyülərindən və “Bizim Süfrə” souslarından istifadə edilməsinin “Azərsun Holdinq”in  komandasının yüksək nəticə göstərməsində mühüm rol oynadığını bildiriblər. Milli kulinariya komandası beynəlxalq festivallarda və yarışlarda əldə etdiyi uğurlu nəticələrdə də çox böyük rol oynayan bu markalar hər zaman istehlakçılar tərəfindən də böyük rəğbətlə qarşılanır.

Qeyd edək ki, Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvlərindən ibarət “Azərsun Holdinq”in komandasının üzvləri iştirak etdikləri tədbir və müsabiqələrdə mütəmadi olaraq “Super Sun” yağı, “Sultan Basmati” düyüləri, “Bizim Süfrə” souslarından istifadə edirlər.

Mirsəid İbrahimzadə

Digər xəbərlər

Arxiv

date