"Caspian European Club" "CEO Brunch"ları bərpa edib

"Caspian European Club" "CEO Brunch"ları bərpa edib
  • Clock-gray 17:26
  • calendar-gray 27 Yanvar 2020

"Caspian European Club" Azərbaycan, Gürcüstan və Qazaxıstanda "CEO Brunch"ların keçirilmə ənənəsini bərpa edib.

"APA-Economics"in məlumatına görə, bunu "Caspian European Club" və "Caspian Energy" qrupunun sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev deyib. Yanvarın 25-də Azərbaycan Yazıçılar İttifaqının katibi, Azərbaycan “Pen” Klubunun Prezidenti, "Neftçi" PFK-nin Müşahidə Şurasının sədri, Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayevin iştirakı ilə ilk "CEO Brunch Baku" təşkil olunub.

"Çingiz Abdullayev "Caspian European Club"ın fəxri üzvüdür və məhz buna görə "CEO Brunch Baku" isti və dostluq şəraitində keçib. "CEO Brunch Baku" çərçivəsində şirkətlərin top-menecerləri və nümayəndələri, "Caspian European Club"ın üzvləri onları maraqlandıran suallar ünvanlamaq imkanı əldə edib və böyük maraqla hamımızın sevimli yazıçısının həyat hekayələrini  dinləyiblər", - deyə Telman Əliyev bildirib.

"CEO Brunch"ın formatı şirkətlərə qeyri-rəsmi şəraitdə bir-birləri ilə ünsiyyət qurmaq və öz tərəfdaşlarını daha yaxından tanımaq imkanı yaradır. Bir çox top-menecerlərin "CEO Brunch"a öz ailə üzvləri ilə birgə qatılması ikiqat xoş olub ki, bu da "Caspian European Club"ın fəlsəfəsini – böyük ailə olduğunu bir daha vurğulayır.

"CEO Brunch"ın sonunda ən yaxşı sualların müəlliflərinə Çingiz Abdullayevin şəxsi imzası ilə kitabları hədiyyə olunub.

Qeyd edək ki, sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən "Caspian European Club" 2002-ci ilin iyununda yaradılıb. Klubun mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. "Caspian European Club"ın Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ, Almaniya, Polşa, Çexiya və Latviyada səlahiyyətli nümayəndələri var.

Mirsəid İbrahimzadə

Digər xəbərlər

Arxiv

date