"Caspian European Club" yeni strukturunu təqdim edib

"Caspian European Club" yeni strukturunu təqdim edib
  • Clock-gray 13:55
  • calendar-gray 25 İyun 2020

Pandemiya dövründə sahibkarlıq subyektlərinin fəaliyyətini bərpa etdirilməsi və aktivləşdirilməsi “Caspian European Club”ın ümumi onlayn toplantısının əsas müzakirə mövzusu olub.

APA-Economics”in məlumatına görə, bu barədə “Caspian European Club” və “Caspian Energy” qrupunun sədri və baş icraçı direktoru Telman Əliyev bildirib.

Toplantıda “Caspian European Club”ın yeni strukturunun və bu strukturun yeni İdarə Heyətinin üzvlərinin, komitələrin, işçi qruplarının və komissiyaların rəhbərlərinin qısa təqdimatı keçirib. İclas çərçivəsində yeni inkişaf strategiyası, pandemiya dövründə görüləcək tədbirlər, “Caspian European Club”ın üzv şirkətlərini maraqlandıran sual və təkliflər müzakirə olunub. Əsas diqqət “Caspian European Club” çərçivəsində fəaliyyət göstərən komitələrin, işçi qruplarının, altkomitələrin və komissiyaların yeni strategiya və məqsədlərinin izahına yönləndirilib.

İlk öncə, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev “Caspian European Club”ın rəhbərliyinə və üzvlərinə müraciət edərək, bundan əvvəlki templəri azaltmamaq şərtilə aktiv əməkdaşlığı və dialoqu davam etməyə dəvət edib. O, xüsusən “Caspian European Club” çərçivəsində mövcud olan platformanın iqtisadiyyatın bütün sahələrini təmsil edən sahibkarlıq subyektləri ilə ünsiyyət yaratmaq və mövcud problemlərin müzakirəsi üçün çox əlverişli olduğunu vurğulayıb.

Uzun illərdir “Caspian European Club”ın Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinə rəhbərlik edən Vüqar Abbasova dərin minnətdarlığını bildirən Telman Əliyev həmçinin Naxçıvan Muxtar Respublikasında keçirilən biznes-tur və forumların təşkilatçılığında onun xüsusi dəstəyini vurğulayaraq təşəkkürünü bildirib. V. Abbasov “Cahan Holding” adından bildirib ki, bundan sonra da “Caspian European Club”la sıx əməkdaşlığını davam edəcək və indiki şəraiti nəzərə alaraq yüksək texnologiyalardan istifadə edərək Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən müəssisələrə onlayn biznes-tur təşkil etməyi təklif edib. V. Abbasov çıxışının sonunda “Caspian European Club”ın Naxçıvan Muxtar Respublikasında yeni nümayəndəlik rəhbəri olan Azər Cəfərovu onlayn toplantının iştirakçılarına təqdim edib.

Daha sonra Telman Əliyev idarə heyətin, sahə və sahə arası komitələrin, işçi qruplarının, altkomitə və komissiyaların rəhbərlərini təqdim edib.

APA-Economics

Digər xəbərlər