Dünyada şirkətlərin borcu bu il 9,3 trln. dollara çatacaq - PROQNOZ

Dünyada şirkətlərin borcu bu il 9,3 trln. dollara çatacaq - PROQNOZ
  • Clock-gray 11:45
  • calendar-gray 13 İyul 2020

Bu il COVID-19 pandemiyası fonunda qlobal iqtisadiyyatda korporativ borcun həcmi 1 trln. ABŞ dollarına yaxın artacaq.

"APA-Economics"in "Janus Henderson" aktivlərin idarə edilməsi şirkətinin "Korporativ Borc İndeksi" adlı araşdırmasına istinadən verdiyi məlumata görə, qlobal iqtisadiyyatda bu il ümumi korporativ borc 12% artaraq 9,3 trln. dollara çatacaq. Ötən il bu göstərici 8,1% artmışdı və bunun əsas səbəbləri kimi şirkətlərin konsolidasiyası, satınalmaları və dividentlərlə səhmlərin alınmasına xərclənən vəsaitlər olub. Lakin bu ilin əsas artım drayverlərinin şirkətlərin daha çox öz maliyyə mövqelərinin qorumaq üçün xərclədiyi vəsaitlər və aldığı borcların olacağı göstərilir.

Qeyd edək ki, araşdırma dünyanın ən yüksək səviyyəli 900 şirkət arasında aparılan təhlillərə əsaslanır.

Mirsəid İbrahimzadə

Digər xəbərlər