Gürcüstan Azərbaycana 543 ton şaftalı ixrac edib

Gürcüstan Azərbaycana 543 ton şaftalı ixrac edib
  • Clock-gray 14:21
  • calendar-gray 03 Avqust 2020

Avqustun 2-nə olan məlumata görə, bu il Gürcüstan Azərbaycana 543 ton şaftalı ixrac edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Ətraf Mühitin qorunması və Kənd Təsərrüfatı nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycana ixrac ümumi ixracın 3%-ni təşkil edib.

Bu il Gürcüstandan ümumilikdə 16 273 ton şaftalı və alma ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,521 ton çoxdur.

Hesabat dövründə Gürcüstan ən çox məhsulu Rusiya Federasiyasına (62% - 10 108 ton) ixrac edib.

Səid Babazadə

Digər xəbərlər