Koronavirusa görə sahibkarlar statistik hesabatları DSK-ya onlayn rejimdə təqdim edəcək

Koronavirusa görə sahibkarlar statistik hesabatları DSK-ya onlayn rejimdə təqdim edəcək
  • Clock-gray 09:38
  • calendar-gray 02 Aprel 2020

Dövlət Statistika Komitəsi (DSK) sahibkarlara və müəssisə və təşkilatların rəhbərlərinə müraciət edib.

APA-Economics”in məlumatına görə, müraciətdə deyilir: “Dünyada sürətlə yayılan koronavirus (COVID-19) pandemiyasının Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluğa və sahibkarlıq subyektlərinə təsirinin minimuma endirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamına əsasən müvafiq tədbirlərin görülməsinə başlanılıb. Hazırkı məqamda dövlət dəstəyinin daha ünvanlı olması, nəticələrin düzgün qiymətləndirilməsi üçün ölkə iqtisadiyyatında baş verən proseslərin vaxtında və davamlı olaraq müşahidə olunması və operativ qərarların qəbul edilməsi məqsədilə statistik informasiya təminatının daha da gücləndirilməsi tələb olunur.

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə görülən tədbirlər çərçivəsində ölkəmizdə qeyri-iş günlərinin uzadıldığına rəğmən yuxarıda qeyd olunanları nəzərə alaraq, xüsusi karantin rejiminin tələblərini pozmadan cari ilin mart ayı üzrə rəsmi statistika hesabatlarının mümkün qədər qısa müddət ərzində, lakin aprel ayının 7-dən gec olmayaraq onlayn rejimdə Dövlət Statistika Komitəsinə təqdim edilməsini sizdən xahiş edirik”.

APA-Economics

Digər xəbərlər