Nərə cinsli balıqların dövriyyəsi üçün müəssisələr qarşısında yeni tələb qoyulub

Nərə cinsli balıqların dövriyyəsi üçün müəssisələr qarşısında yeni tələb qoyulub
  • Clock-gray 00:54
  • calendar-gray 31 Dekabr 2019

Nazirlər Kabineti “Nərə cinsli balıq ehtiyatlarının istifadəsi və dövriyyəsinin tənzimlənməsi Qaydaları”nda dəyişiklik edib.

APA-nın məlumatına görə, Qaydalara əsasən, indiyə qədər nərə cinsli balıq və balıq məhsulları (o cümlədən kürü) keyfiyyət və təhlükəsizlik göstəricilərinə görə dövlət standartlarının, ekoloji, sanitariya-gigiyena norma və qaydalarının tələblərinə cavab verdikdə, müvafiq qaydada sertifikatlaşdırıldıqda, mənşəyi barədə müvafiq sənədləri olduqda, habelə balıq məhsulları (o cümlədən kürü) normativ sənədlərə uyğun emal olunduqda, qablaşdırıldıqda, etiketləşdirildikdə, dövlət gigiyena qeydiyyatına alındıqda nərə balıq və balıq məhsullarının qanuni yolla əldə edilməsi barədə sənədi olan müəssisələr tərəfindən dövriyyəyə daxil edilə bilərdi.

Dəyişikliyə əsasən, nərə cinsli balıq və balıq məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dair tələblər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən ediləcək. Nərə cinsli balıq və balıq məhsulları (o cümlədən, kürü) minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinə görə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verdikdə, müvafiq qaydada sertifikatlaşdırıldıqda, mənşəyi barədə müvafiq sənədləri olduqda, habelə balıq məhsulları (o cümlədən, kürü) qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun emal olunduqda, qablaşdırıldıqda, etiketləşdirildikdə, dövlət gigiyena qeydiyyatına alındıqda, nərə balıq və balıq məhsullarının qanuni yolla əldə edilməsi barədə sənədi (Bioloji və texnoloji əsaslandırmaya dair qeydiyyat şəhadətnaməsi, balıqovlama bileti) olan müəssisələr tərəfindən dövriyyəyə daxil edilə biləcək.

 

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date