"Optimal" mağazalar şəbəkəsi "Endirimlər + Novruz hədiyyəsi!" kampaniyasına start verib - FOTO

"Optimal" mağazalar şəbəkəsi "Endirimlər + Novruz hədiyyəsi!" kampaniyasına start verib - FOTO
  • Clock-gray 11:00
  • calendar-gray 18 Mart 2020

Azərbaycan xalqının dəyərlərini özündə birləşdirən Novruz bayramı və baharın gəlişi münasibətilə “Optimal” mağazalar şəbəkəsi “Endirimlər + Novruz hədiyyəsi!” adlı yeni kampaniyaya start verib.

Mart ayının 31-dək davam edən kampaniya çərçivəsində məişət texnikası, elektronika  və mebel məhsullarına həm nağd, həm də kreditlə alış-veriş zamanı endirimlərlə yanaşı üstəlik hədiyyə seçmə imkanı qazanırsınız. Mebel mağazalarında nağd alış zamanı isə 50%-dək endirim və hədiyyə qazanırsınız.

Mart ayının 17-də başlayan kampaniyanın üstünlüyü ondan ibarətdir ki, siz həm nağd, həm də ilkin ödənişsiz, faizsiz, komissiyasız 18 ayadək kreditlə məhsul aldığınız zaman endirimlə yanaşı, alış-veriş məbləğindən asılı olaraq hədiyyəni də xüsusi seçmə imkanı qazanırsınız.

Sevdiklərinizi bayramda “Optimal” hədiyyə kartları ilə də sevindirə bilərsiniz. 50, 100, 200 və 500 manat dəyərində olan hədiyyə kartlarını mağazalarımızdan əldə edərək sevdiklərinizə hədiyyə edə bilərsiniz.

Hal-hazırda mağazalarımızda keçirilən bütün kampaniyalar çərçivəsində 30 mart tarixinədək hər 300 manatlıq alış-veriş edən hər kəs “Optimal” Qış Festivalında iştirak edərək ikiotaqlı yeni mənzil və ya 100 hədiyyədən birini qazanmaq fürsəti əldə edir.

Ətraflı məlumat üçün: 012954 və ya www.optimal.az.

APA-Economics

Digər xəbərlər

Arxiv

date