Orxan Məmmədov: "Xarici françayzinq konsepsiyasının ölkəyə cəlb edilməsi qeyri-neft sektorunu inkişaf etdirəcək"

Orxan Məmmədov: "Xarici françayzinq konsepsiyasının ölkəyə cəlb edilməsi qeyri-neft sektorunu inkişaf etdirəcək"
  • Clock-gray 11:14
  • calendar-gray 04 Mart 2020

"Caspian Franchise" forumu potensial investorlar üçün Azərbaycanın investisiya cəlbediciliyini artırmağa və yeni françayzinq layihələri üzrə axtarış və seçim sistemini formalaşdırmağa imkanlar yaradacaq.

"APA-Economics"in məlumatına görə, bunu forumun açılış mərasimində çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə, xarici françayzinq konsepsiyasının ölkənin ticarət fəaliyyətinə cəlb edilməsi ölkə iqtisadiyyatının inkişafına və rəqabət qabiliyyətinin artırılmasına müsbət təsir etməklə, ümumilikdə, qeyri-neft sektorunun inkişafına yardım edəcək, habelə  sınaqdan çıxmış və etibarlı biznes modellərin ölkədə fəaliyyətinə imkan yaradacaq: "Eləcə də, bu, dövlət orqanlarının, yerli və xarici özəl sektor nümayəndələrin, müxtəlif sahələri əhatə edən sahibkar və investorların bir məkanda toplanması KOB subyektlərinin ən dinamik inkişaf edən komponenti olan françayzinqin dəstəklənməsi istiqamətində dövlət siyasəti və dünya təcrübəsinin geniş müzakirəsi üçün dialoq qurulmasına imkan verir".

Mirsəid İbrahimzadə

Digər xəbərlər