Orxan Məmmədov: "KOBİA gənclərin innovativ layihələrinin maliyyələşdirilməsi üçün Gənclər Fonduna dəstək verməyə hazırdır"

Orxan Məmmədov: "KOBİA gənclərin innovativ layihələrinin maliyyələşdirilməsi üçün Gənclər Fonduna dəstək verməyə hazırdır"
  • Clock-gray 12:10
  • calendar-gray 10 Dekabr 2019

Son bir il ərzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) 200-dən artıq gənc sahibkardan müraciətlər daxil olub ki, onlardan 60%-i hüquqi yardım və məsləhət xidmətlərinin göstərilməsi, 30%-i maliyyə resurslarına çıxış, 10%-i isə hüquqların müdafiəsi ilə bağlı olub.

"APA-Economics"in məlumatına görə, bunu Bakıda keçirilən 1-ci Gənc Sahibkarlar Forumunda çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, müraciətlərin 30%-i biznesə başlamaq, 70%-i isə biznesin inkişaf etdirilməsi məsələlərini əhatə edib.

"Sahələrə gəldikdə isə, bu, maliyyə-kredit, kənd təsərrüfatı, ticarət, xidmət və informasiya texnologiyaları sahələri olub", - deyə O. Məmmədov qeyd edib.

Gənclər üçün maliyyə resurslarına əlçatanlığın artırılmasına toxunan KOBİA-nın sədri əlavə edib ki, Agentlik bu istiqamətdə dəstək verməyə hazırdır.

"İlk növbədə startapların maliyyələşdirilməsinə maraq var və bu marağı artırmaq üçün banklar və investorlarla fərdi qaydada işlərin aparılmasına zərurət yaranıb. Gənclərin təqdim etdiyi innovativ layihələrin (startap) maliyyələşdirilməsi üçün Gənclər Fondunun vəsaiti hesabına banklar vasitəsilə 50 min manatadək güzəştli kreditlərin verilməsi mexanizmi mövcuddur. Hesab edirik ki, bu prosesə KOBİA tərəfindən də dəstək göstərilə bilər və bu istiqamətdə Gənclər Fondu ilə əməkdaşlıq etməyə hazırıq", - deyə O. Məmmədov bildirib.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date