Azərbaycanda vençur assosiasiyası yaradılacaq

Azərbaycanda vençur assosiasiyası yaradılacaq
  • Clock-gray 14:25
  • calendar-gray 13 Noyabr 2019

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) vençur assosiasiyasının yaradılmasıa dair müzakirələr aparır.

Bunu "APA-Economics"ə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, bu istiqamətdə işlərə artıq iki həftədir start verilib və mövzu ətrafında bir neçə görüşlər keçirilib.

"Bu, Azərbaycan üçün bir qədər yeni mövzu olduğuna baxmayaraq, inanıram ki, fondların bir assosiasiya altında birləşməsi çox vacibdir. Son zamanlar ölkədə investisiya mühitinin daha da təkmilləşdirilməsi göz önündədir və vençur fondları ölkəyə xarici investorların cəlb edilməsində böyük rol oynaya bilər. Ümid edirəm, biz gələn il vençur assosiasiyasını yaradacağıq və o, fəaliyyətə başlayacaq. Assosiasiyanın tərkibinə, əlbəttə ki, ilk növbədə yerli, gələcəkdə isə xarici şirkətlər daxil olacaq", - deyə O. Məmmədov qeyd edib.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date