Bakıda "World E-commerce Eurasia – 2019" forumu keçiriləcək

Bakıda "World E-commerce Eurasia – 2019" forumu keçiriləcək
  • Clock-gray 11:23
  • calendar-gray 20 Noyabr 2019

Noyabrın 27-28-də dövlət və özəl sektorun birgə təşkili ilə elektron ticarətlə (e-ticarət) bağlı “World E-commerce Eurasia – 2019” Bakı Forumu keçiriləcək.

Forumunun Təşkilat Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, tədbirdə e-ticarətin inkişaf etdirilməsi ilə bağlı dövlət və özəl sektorların təklifləri müzakirə olunacaq.

Forumun Təşkilat Komitəsinin sədri, “MyBroker gömrük təmsilçiliyi” MMC-nin təsisçisi Rəşad Əliyev bildirib ki, Azərbaycanın ixrac potensialının artırılması ilə bağlı dövlət siyasətinə dəstək olaraq forumda əsasən elektron ixrac (“e-export”) ilə bağlı dünyada baş verən yeniliklərin, yeni trendlərin yerli sahibkarlara çatdırılması və onların öz sahələrində elektron ticarət tətbiqlərindən geniş istifadə etməsi üçün də maarifləndirici işlər görməyi məqsəd qoyulub.

Onun sözlərinə görə, forumda ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatların, aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri, mikro, kiçik və orta sahibkarlar, yerli və xarici investorlar da daxil olmaqla 400-dən çox nümayəndə iştirak edəcək. Tədbir 10-dan çox ölkənin bu sahədə olan mütəxəssislərini, 20-dən artıq e-ticarət və onlayn ödəniş platformalarının təmsilçilərini bir araya gətirəcək.

Qeyd edək ki, APA İnformasiya Agentliyi sözügedən forumun media tərəfdaşı qismində çıxış edir.

Digər xəbərlər

Arxiv

date