® "Carlsberg Azerbaijan" və "AzərŞəkər" pivəlik arpa yığımını həyata keçirib - FOTO - VİDEO

® "Carlsberg Azerbaijan" və "AzərŞəkər" pivəlik arpa yığımını həyata keçirib - FOTO - VİDEO
  • Clock-gray 15:00
  • calendar-gray 09 İyul 2020

"Carlsberg Azerbaijan" və "Azəəkər" şirkətlərinin pilot layihəsi çərçivəsində əkilən pivəlik arpa yığımı uğurla başa çatmışdır.

21 noyabr 2019-cu ildə Şəmkir rayonunda 8.4 hektar sahədə pivəlik arpa əkini həyata keçirilmişdir. Toxum materialı qış arpa sortları seleksiyasında liderlərdən biri olan Fransa şirkəti Secobra tərəfindən təchiz edilmişdir. Eyni zamanda, hər çeşidin nümunələri akklimatizasiya testlərinin aparılması üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə təhvil verilmişdir.

Qeyd edək ki, Azərbaycanda pivəlik arpa becərilməsi üçün pilot layihə "Carlsberg Azerbaijan" və "Azəəkər" tərəfindən pivə istehsalı üçün xammalın lokallaşdırılması məqsədilə başladılmışdır.

Pilot layihənin əsas məqsədi bu sortların potensial məhsuldarlığını yerli şəraitdə sınaqdan keçirməklə, keyfiyyət göstəricilərini pivəbişirmə məqsədləri üçün uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

Pilot layihənin müsbət nəticələr verəcəyi təqdirdə, pivəlik arpa yetişdirilməsi genişlənə bilər ki, bu da gələcək illərdə yerli xammal hesabına ölkədə pivəlik arpasına olan ehtiyacı tam şəkildə ödəyəcəkdir.

 

Vyaçeslav Maltsev, "Carlsberg Azerbaijan"ın Baş Direktoru: "Pivəlik arpanın pilot əkini üzrə layihə "Carlsberg Azerbaijan"ın yaxın illər üçün əsas prioritetlərindən biridir. Çünki məqsədimiz yalnız əsas pivəbişirmə xammalı olan arpanın yerliləşdirməklə istehsal prosesini optimallaşdırmaq deyil, əlbəttə ki, bu da vacibdir, lakin, onilliklər sonra Azərbaycanda pivəlik arpanın becərilməsində birincilərdən olmaq bizim üçün olduqca mühümdür. Pivəbişirmə sənayesində uyğunluğu müəyyən etmək üçün Şəmkir bölgəsində yetişdirilən arpa nümunələri "Carlsberg Group"un yerli və regional laboratoriyalarına göndərilmiş və ümid edirik ki, yaxın zamanda yerli arpa ilə istehsal olunan yüksək keyfiyyətli Azərbaycan pivəsini istehlakçıya təqdim edə biləcəyik".

Anar Mehdiyev, "Azəəkər" MMC-nin Baş Direktoru: "Ölkəmizdə istehlak olunan ərzaq mallarının mümkün qədər daha çox miqdarda keyfiyyətli yerli məhsullar hesabına istehsalına nail olmaq "Azəəkər" olaraq bizim də hədəflərimizdən biridir. Bu məqsədlə "Carslberg" şirkəti ilə əməkdaşlığa önəm veririk. Şirkətin pivəlik arpa ehtiyaclarının tam şəkildə yerli məhsul hesabına ödənilməsini mümkün sayırıq və bunun üçün malik olduğumuz təkcə Şəmkir deyil, Yevlax, Ağcabədi əkin sahələrimizi də cəlb etməyə hazırıq. Şirkətimiz taxıl məhsullarından əlavə, şəkər çuğunduru istehsalında da ixtisaslaşır, buna görə də yaxın gələcəkdə ölkəmizdə istehsal olunan şəkər tozunun da daha çox yerli şəkər çuğunduru hesabına istehsalına nail olmaq kimi hədəflərimiz vardır. "Carlsberg Azerbaijan" şirkəti ilə əməkdaşlığın baş tutması üçün göstərdiyi dəstəyə görə İqtisadiyyat Nazirliyinə təşəkkürümüzü bildiririk".

"Carlsberg Azerbaijan" pivəbişirmə zavodu Azərbaycan paytaxtından 10 km məsafədə yerləşən Xırdalan şəhərində yerləşir. Zavodun istehsal gücü ildə 8 mln. dekalitrdir, şirkətdə təxminən 260 nəfər birbaşa və təxminən 400 nəfər vasitəli əməkdaş (distributor, agentlik, podratçı) işləyir. Şirkətin zavodun inkişafına qoyulan ümumi sərmayəsi 50 mln. manatdan çoxdur. Şirkətin portfelinə "Xırdalan", "Carlsberg", "Baltika", "Tuborg", "Əfsanə", "Kronenbourg Blanc 1664", "Seth & Riley's Garage" və s. kimi məşhur markalar daxildir.

"Azərşəkər" MMC 2017-ci ildə təsis edilmişdir, ölkənin ayrı-ayrı rayonlarında əkin sahələrinə yatırım etməklə, müxtəlif növ kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğuldur. Cari əkin mövsümündə Şəmkirdə 700 hektar müasir suvarma təminatlı təsərrüfatda taxıl, şəkər çuğunduru, soya və qarğıdalı becərilməsini həyata keçirməkdədir. 2021-ci ilin sonuna kimi Şəmkir, Yevlax, Ağcabədi, Füzuli rayonlarında, toplam 8 000 hektara yaxın ərazinin müasir suvarma və digər müasir infrastruktur sistemi ilə təchizatı üçün 55 mln. manata yaxın vəsait yatıracaq. Hal-hazırda şirkətdə 105 nəfər işçi çalışır, əkinçilik işləri üçün 23 mln. manatdan çox vəsait yatırılmışdır. 2019-cu ildən şirkətin Yevlax təsərrüfatının nəzdində AgroLab müasir kənd təsərrüfatı laboratoriyası fəaliyyət göstərməkdədir.

APA-Economics

Digər xəbərlər