"Ulduz" şokolad fabriki məcburi köçkünlər üçün əmək yarmarkasında iştirak edib

"Ulduz" şokolad fabriki məcburi köçkünlər üçün əmək yarmarkasında iştirak edib
  • Clock-gray 14:02
  • calendar-gray 20 Noyabr 2019

Hər zaman ölkəmizdə keçirilən əmək yarmarkalarında və sərgilərdə fəal şəkildə iştirak edən Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Ulduz” şokolad fabriki 19 noyabrda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Qaradağ rayonunda məcburi köçkünlər üçün keçirilən əmək yarmarkasında iştirak edib.

Ümumilikdə 54 müəssisənin iştirak etdiyi yarmarkada fabrik məcburi köçkünlərin işsizliyinin aradan qaldırılması üçün müvafiq vakansiyalarını onlara təqdim edib, müxtəlif sualları cavablandırıb.

Qeyd edək ki, “Ulduz” şokolad fabrikində yaradılan şərait, texnoloji avadanlıqların daim yenilənməsi, istehsal prosesində keyfiyyətə hər zaman önəm verilməsi onu qida sənayesi sektorunda qabaqcıl şirkətlərdən birinə çevirib.

Saat 10:00-da başlayan əmək yarmarkası 14:00-a qədər davam edib.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date