"Azərenerji" bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

"Azərenerji" bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
  • Clock-gray 10:29
  • calendar-gray 30 Dekabr 2019

"Azərenerji" ASC Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ilə əlaqədar iş rejimini gücləndirəcək.

ASC-dən "APA-Economics"ə verilən məlumata görə, bununla bağlı qabaqlayıcı tədbirlər görülüb. Belə ki, enerji sisteminin dayanıqlığı və etibarlığını qorumaq, istehlakçıları fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək məqsədi ilə mərkəzi aparat üzrə məsul şəxslərdən ibarət xüsusi növbətçilik təşkil edilib, eyni zamanda elektrik stansiyaları və sistem əhəmiyyətli yarımstansiyalara birbaşa məsul şəxslər təyin edilib. Yüksək gərginlikli ötürmə xətlərinin təkrar yoxlanılması və nəzarətdə saxlanılması təmin edilib.

Regional və Birləşmiş Dispetçer Xidmətlərinin əməliyyat heyətlərinin işini, o cümlədən  mühəndis-kommunikasiya, rabitə xətlərinin mühafizəsinin gücləndirilməsi təmin edilib.

APA-Economics

Digər xəbərlər

Arxiv

date