"Azəriqaz" mexaniki sayğaclara üstünlük verəcək

"Azəriqaz" mexaniki sayğaclara üstünlük verəcək
  • Clock-gray 11:15
  • calendar-gray 29 Dekabr 2019

Gələn ildən etibarən "Azəriqaz” İstehsalat Birliyi daha çox mexaniki sayğaclara üstünlük verəcək.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İB-nin baş direktoru Ruslan Əliyev deyib.

Onun sözlərinə görə, bu qurğuların digərlərindən əsas üstünlüyü asan istifadədən ibarətdir.

"Mexaniki sayğaclar özləri də elektron tiplidir və heç də digər sayğaclardan seçilmir. Sadəcə onların istifadəsi sadədir və insanları çox da narahat etmir. Əgər vətəndaş istəsə, kart tipli sayğac quraşdırsın, kart tipli sayğac quraşdıracaq, mexaniki istəsə, mexaniki tipli sayğac quraşdıracaq. Yeni nəsil sayğaclara gəldikdə isə, bu istiqamətdə işlər dayandırılmayıb. Sözügedən sayğacların alınması ilə bağlı keçirilən tenderin qalibi müəyyənləşib və o şirkətlə artıq müqavilə bağlanılıb. Pilot olaraq 200 ədəd belə sayğacların tətbiqinə yanvar ayından başlanacaq. May ayından həmin sayğaclar kütləvi tətbiq olunacaq. Ümumilikdə, 240 min belə sayğacların quraşdırılması nəzərdə tutulur", - deyə R. Əliyev qeyd edib.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date