"Azərişıq" külək elektrik stansiyaları hesabına ötən il 84,9 mln. kVt-saat elektrik enerjisi istehsal edib

"Azərişıq" külək elektrik stansiyaları hesabına ötən il 84,9 mln. kVt-saat elektrik enerjisi istehsal edib
  • Clock-gray 13:25
  • calendar-gray 23 Yanvar 2020

Ötən il “Azərişıq” ASC külək elektrik stansiyaları hesabına 84,9 mln. kVt-saat enerjisi istehsal edib.

"APA-Economics"ə Energetika Nazirliyindən verilən məlumata görə, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin tabeliyindəki "Azalternativenerji" MMC tərəfindən isə ötən il alternativ və bərpa olunan enerji mənbələri hesabına 10 985,5 min kVt-saat, elektrik enerjisi istehsal olunub.

Qeyd edək ki, 2019-ci il ərzində, 400 MVt külək və günəş elektrik stansiyalarının enerjisistemə qoşulması üçün tələb olunan operativ ehtiyat güc hesablanmış və energetik xarakteristikalar əsasında xərclərin hesabatı aparılıb.

 

Mirsəid İbrahimzadə

Digər xəbərlər