"Lukoil" SOCAR-la yeni lahiyələr üzrə saziş bağlamağı planlaşdırır

"Lukoil" SOCAR-la yeni lahiyələr üzrə saziş bağlamağı planlaşdırır
  • Clock-gray 15:16
  • calendar-gray 22 Yanvar 2020

Rusiyanın ən böyük özəl neft-qaz şirkəti olan “LUKOIL” SOCAR ilə Xəzər dənizində yeni birgə layihələr üzrə saziş bağlamağı planlaşdırır.

"APA-Economics"in Rusiyanın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu haqda Davosda müxbirlərə müsahibəsində "Lukoil"in rəhbəri Vahid Ələkbərov deyib.

Onun sözlərinə görə,  Naxçıvan bloku və Abşeronun şimalında keçid zonası adlanan dəniz bloku kimi layihələrin müzakirələri gedir. O, əlavə edib ki,  geoloqlar həmin zonaların perspektivli olduqlarına inanırlar.

"SOCAR və mən indi iş barədə danışıqlar aparacağıq. Sazişin bu gün forum çərçivəsində imzalanması ehtimalı var", - deyə V. Ələkbərov bildirib.

Qeyd edək ki, dünən Azərbaycan prezidenti İlham Əliyev və Vahid Ələkbərov Davosda "Naxçıvan" və "Qoşadaş" yataqlarının "Lukoil" şirkəti ilə birgə işlənilməsi məsələsini müzakirə ediblər.

 

Mirsəid İbrahimzadə

Digər xəbərlər

Arxiv

date