"Total" Azərbaycanda yeni layihələrin iştirakında maraqlıdır

"Total" Azərbaycanda yeni layihələrin iştirakında maraqlıdır
  • Clock-gray 17:53
  • calendar-gray 15 Yanvar 2020

Fransanın "Total" şirkəti Azərbaycandakı fəaliyyətini genişləndirmək fikrindədir.

Bunu "APA-Economics"ə "Total-Azerbaija" və "Total E&P Absheron" şirkətinin korporativ xidmətlər üzrə müdiri Anar Rəsulov deyib.

Qeyd edək ki, hazırda "Total" şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən "Abşeron"  qaz-kondensat yatağının işlənilməsi layihəsinin və Bakı-Tbilisi-Ceyhan neft kəmərinin iştirakçısıdır.

"Fəaliyyəti genişləndirmək fikri var, daha böyük layihələri götürmək niyyətindəyik. "Total" həm sırf texniki sahələrdə, həm də başqa sahələrdə SOCAR və Azərbaycanın digər qurumları ilə sıx əməkdaşlıqda maraqlıdır", - deyə A. Rəsulov qeyd edib.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date