ABŞ-ın neft ehtiyatları artıb

ABŞ-ın neft ehtiyatları artıb
  • Clock-gray 11:03
  • calendar-gray 29 May 2020

Ötən həftənin yekunlarına görə (18-22 may), ABŞ-ın kommersiya neft ehtiyatları 7,93  mln. barel artaraq 534,73mln. barel təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın neft ehtiyatlarının 1,94 mln. barelə yaxın azalacağını proqnozlaşdırırdı.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

Emil İsmayılov

Digər xəbərlər