"Anglo-Asian Mining" 2023-cü və 2025-ci illərdə iki mis yatağında hasilata başlayacaq

"Anglo-Asian Mining" 2023-cü və 2025-ci illərdə iki mis yatağında hasilata başlayacaq
  • Clock-gray 11:45
  • calendar-gray 22 May 2020

Azərbaycanda fəaliyyət göstərən aparıcı qızıl-mədən şirkətlərindən biri olan "Anglo Asian Mining" "Uğur" yatağının "Ugur Deeps" adlı zonasında yüksək mis minerallaşmasını təmin etməklə (2,5%), hasilatı gerçəkləşdirmək üçün 25 metr enində və 350 metr dərinliyində qazma işlərini davam etdirir.

"APA-Economics"in "Anglo-Asian Mining"ə istinadən verdiyi məlumata görə, bu zonada olan qazma işləri "Uğur" yatağında olan dağ-mədən infrastrukturuna yaxınlığı mis filizinin yerləşdiyi zonaya girişini təmin edəcək. Şirkət qeyd edir ki, "Ugur Deeps" zonasında kəşfiyyat 2020-2021-ci illərdə də davam etdiriləcək, 2022-ci ildə potensial yeraltı karxana inşa olunacağı, 2023-cü ildə isə hasilatın başlanacağı gözlənilir.

Bundan başqa, "Anglo-Asian Mining" qeyd edir ki, "Zəfər" ("Zefer Cell 9") mis yatağında səthdən qazmanın dərinliyi səbəbindən bu sahənin kəşfiyyatı daha çox zaman alacaq və  bu zonada hasilatın 2025-ci ildə başlanacağı ehtimal olunur.

Qeyd edək ki, "Anglo Asian Mining" şirkəti Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olur. Şirkət 2019-cu ildə 70,098 unsiya qızıl hasil edib ki, bu da 2018-ci illə müqayisədə 3,7% azdır. Digər metalların da daxil olmaqla, ötən il şirkət 82 795 qızıl unsiya ekvivalenti həcmində məhsul istehsal edib ki, bu da 1,1%-lik azalma deməkdir. 2018-ci il ilə müqayisədə ötən il şirkət üzrə mis istehsalı 34,3% artaraq 2 210 tona çatıb, gümüş istehsal isə 24,2% azalaraq 159 356 unsiyaya təşkil edib.

Mirsəid İbrahimzadə

Digər xəbərlər

Arxiv

date