Azərbaycan 2022-ci ildə qaz hasilatını 45 mlrd. kubmetrə çatdıracaq

Azərbaycan 2022-ci ildə qaz hasilatını 45 mlrd. kubmetrə çatdıracaq
  • Clock-gray 15:06
  • calendar-gray 02 İyul 2020

"Azərbaycan 2022-ci ildə təbii qaz hasilatını 45 mlrd. kubmetrədək artıracaq".

"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Energetika Nazir Pərviz Şahbazov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və "Valday" Beynəlxalq Diskussiya Klubunun onlayn formatda birgə keçirdiyi "Qlobal energetika və beynəlxalq siyasi risklər" adlı beynəlxalq konfrans zamanı deyib.

Onun sözlərinə görə, bu il Azərbaycanda 38 mlrd. kubmetrdən çox qaz hasil ediləcəyi gözlənilir.

Xatırladaq ki, bu ilin yanvar-may aylarında Azərbaycanda 16,4 mlrd. kubmetr qaz hasil edilib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 13,6% və ya 2 mlrd. kubmetr çoxdur. Ötən il bu göstərici 35,6 mlrd. kubmetrə yaxın olub.

Emil İsmayılov

Digər xəbərlər