Azərbaycan Afinada Enerji Birliyi Tənzimləyicilərinin İdarə Heyətinin görüşündə iştirak edib

Azərbaycan Afinada Enerji Birliyi Tənzimləyicilərinin İdarə Heyətinin görüşündə iştirak edib
  • Clock-gray 14:40
  • calendar-gray 27 Dekabr 2019

Azərbaycan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA)  Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən Enerji Birliyi Tənzimləyicilərinin İdarə Heyətinin (ECRB) 44-cü görüşündə təmsil olunub.

AERA-dan “APA-Economics”ə verilən məlumata görə, tədbirdə Agentliyin İdarə Heyətinin sədri Samir Axundov ölkədə enerji tənzimlənməsinin cari vəziyyəti ilə bağlı məruzə ilə çıxış edib.

İclas zamanı ECRB-nin daxili prosedur qaydalarına dəyişikliklər müzakirəyə çıxarılaraq qəbul edilib, 2020-2021-ci illəri əhatə edən dövr üçün ECRB prezidentliyinə namizədlər barədə təqdimatlar keçirilib, Enerji Tənzimləyicilərinin Əməkdaşlığı Agentliyi (ACER) platforması çərçivəsində yeniliklər barədə çıxış olub. Daha sonra ECRB üzvləri Enerji Birliyi Tənzimləyicilərinin İdarə Heyətinin son görüşündən sonrakı dəyişikliklər barədə danışıblar, 2019-cu il üzrə ECRB pərakəndə satış bazarı hesabatı təqdim edilib.

Elektrik enerjisi və təbii qaza həsr edilən iki ayrı sessiyada müvafiq hesabatlar dinlənilib, aparılmış sorğuların nəticələri elan edilib, topdansatış bazarı, həmçinin ötürücü və paylayıcı sistem koordinatorunun təhlili aparılıb, bu sahələrdə 2020-ci il üzrə iş proqramları qəbul edilib, növbəti il üçün Topdansatış Enerji Bazarının Bütövlüyünün və Şəffaflığının Tənzimlənməsi (REMIT) məruzəsi təqdim edilib.

Sonda GASREG Misir tənzimləyicisinin Enerji Birliyi Tənzimləyicilərinin İdarə Heyətinin fəaliyyətinə qatılmaq üçün etdiyi müraciət müzakirəyə çıxarılıb. Bundan başqa görüşdə ECRB illik yekun hesabatı və 2020-ci il üzrə iş proqramı qəbul edilib.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date